SEO rəqəmsal marketinqin ən vacib qollarından biridir və SEO alətləri, SEO optimizasiya prosesinin böyük bir hissəsində mühim rol oynayır. SEO alətləri vasitəsilə SEO optimallaşdırma işini sürətləndirmək, açar söz araşdırması etmək, texniki xətaları müəyyən etmək və rəqib analizi etmək mümkündür.
Bu yazıda SEO proseslərində ən çox istifadə olunan SEO alətləri haqqında məlumat verəcəyik.
Google Search Console
![SEO Üçün Ən Yaxşı Alətlər [Ödənişli və Ödənişsiz SEO Alətləri] SEO Üçün Ən Yaxşı Alətlər [Ödənişli və Ödənişsiz SEO Alətləri]](https://skyzonedigital.com/wp-content/uploads/2025/02/image-9-1024x505.png)
Google Search Console ən vacib və ən çox istifadə olunan SEO alətidir. Google tərəfindən yaradılan bu alət sayt monitorinqi üçün istifadə olunur. Google Search Console vasitəsilə siz saytınızın 3,6,12 və 16 aylıq periyodlarda nə qədər trafik aldığını, ən çox trafik alan açar söz və səhifələri, səhifələrinizlə bağlı meydana gələn texniki problemləri görə bilərsiniz. Google Search Console aləti saytın SEO performanını görə biləcəyimiz ən etibarlı SEO alətidir.
Screaming Frog
![SEO Üçün Ən Yaxşı Alətlər [Ödənişli və Ödənişsiz SEO Alətləri] SEO Üçün Ən Yaxşı Alətlər [Ödənişli və Ödənişsiz SEO Alətləri]](https://skyzonedigital.com/wp-content/uploads/2025/02/image-10-1024x643.png)
Screaming Frog SEO-da texniki xətaları tapmaq üçün istifadə olunan audit alətidir. Bu alət saytda mövcud olan işləməyən səhifələri, dublikat məzmunları, yanlış meta məlumatları, daxili və xarici linkləri və daha bir çox şeyi analiz edərək sizə göstərir. Screaming Frog-dan istifadə 500 URL-ə qədər ödənişsizdir. Lakin geniş həcmli saytlar üçün Screaming Frog işlətmək istəyirsinizsə, ödənişli versiyasını almalısınız.
Semrush
![SEO Üçün Ən Yaxşı Alətlər [Ödənişli və Ödənişsiz SEO Alətləri] SEO Üçün Ən Yaxşı Alətlər [Ödənişli və Ödənişsiz SEO Alətləri]](https://skyzonedigital.com/wp-content/uploads/2025/02/image-11-1024x611.png)
Semrush SEO-da ən çox istifadə olunan analiz alətlərindən biridir. Semrush saytın texniki auditi, rəqib analizi, backlink analizi, açar söz analizi kimi bir çox prosesi həyata keçirə bilir. Xüsusilə açar söz araşdırma prosesində Semrush sizə açar sözlərlə bağlı bir çox metrik haqqında dəqiq məlumatlar verir. Açar söz araşdırması zamanı açar sözün çətinliyi, aylıq axtarış həcmi, açar sözlə əlaqəli olan digər açar sözlər haqqında detallı məlumat almaq üçün bu alətdən istifadə edə bilərsiniz. Semrush SEO aləti ödənişlidir.
Google Keyword Planner
![SEO Üçün Ən Yaxşı Alətlər [Ödənişli və Ödənişsiz SEO Alətləri] SEO Üçün Ən Yaxşı Alətlər [Ödənişli və Ödənişsiz SEO Alətləri]](https://skyzonedigital.com/wp-content/uploads/2025/02/image-12-1024x503.png)
Google Keyword Planner açar söz analizi etməyiniz üçün ən faydalı alətlərdən biridir. Google tərəfindən yaradılan bu alət açar sözlərin aylıq axtarış həcmini, çətinliyini və CPC dəyərini göstərir. Semrush-dan fərqli olaraq bu alətin istifadəsi ödənişsizdir. Hər nə qədər ödənişsiz də olsa, əgər Google hesabınız yenidirsə bu alət sizlərə açar sözlərin aylıq axtarışını dəqiqliyi ilə göstərmək yerinə müəyyən aralıqlarla göstərəcək.
Google Business Profile
![SEO Üçün Ən Yaxşı Alətlər [Ödənişli və Ödənişsiz SEO Alətləri] SEO Üçün Ən Yaxşı Alətlər [Ödənişli və Ödənişsiz SEO Alətləri]](https://skyzonedigital.com/wp-content/uploads/2025/02/image-13.png)
Google Business Profile xüsusilə Lokal SEO optimallaşdırma üçün istifadə olunur. Biznesinizi müəyyən açar sözlər üzrə xəritələrdə ön plana çıxarmaq istəyirsinizsə, bu aləti istifadə etməlisiniz. Biznesi olan hər bir şəxs Google Business Profile hesabı açaraq biznesini qeydiyyatdan keçirə bilər.
RankMath
![SEO Üçün Ən Yaxşı Alətlər [Ödənişli və Ödənişsiz SEO Alətləri] SEO Üçün Ən Yaxşı Alətlər [Ödənişli və Ödənişsiz SEO Alətləri]](https://skyzonedigital.com/wp-content/uploads/2025/02/image-14-1024x701.png)
RankMath WordPress-də yaradılan saytların SEO-sunu etmək üçün ən populyar SEO alətidir. Bu alət yalnız WordPress saytlar üçün nəzərdə tutulub. RankMath vasitəsilə siz saytınızdakı səhifələrin meta məlumatlarını redaktə edə bilərsiniz. Bundan əlavə olaraq RankMath ilə sayt xəritəsi və robots.txt faylları yaratmaq, 301 və 302 yönləndirmələr etmək, Schema əlavələri yaratmaq kimi bir çox funksiyanı yerinə yetirə bilərsiniz.
Google Analytics
![SEO Üçün Ən Yaxşı Alətlər [Ödənişli və Ödənişsiz SEO Alətləri] SEO Üçün Ən Yaxşı Alətlər [Ödənişli və Ödənişsiz SEO Alətləri]](https://skyzonedigital.com/wp-content/uploads/2025/02/image-15-1024x543.png)
Google Analytics sayt monitorinqi etməyinizə imkan verən rəqəmsal marketinq alətidir. Google Search Console-da olduğu kimi, bu alətdə də saytınızın trafikini görə bilərsiniz. Google Search Console alətindən fərqli olaraq Google Analytics sayt trafiki ilə bağlı çox daha detallı məlumatlar vermə imkanına sahibdir. SEO-da bu alət çox istifadə olunur.
Surfer SEO
![SEO Üçün Ən Yaxşı Alətlər [Ödənişli və Ödənişsiz SEO Alətləri] SEO Üçün Ən Yaxşı Alətlər [Ödənişli və Ödənişsiz SEO Alətləri]](https://skyzonedigital.com/wp-content/uploads/2025/02/image-16-1024x558.png)
Surfer SEO məzmun planlaşdırması, açar söz araşdırması və məzmun yaradılması kimi bir çox SEO prosesində istifadə olunan populyar bir SEO alətidir. Bu alət ödənişlidir. Surfer SEO əsas olaraq açar sözlərin tapılması və tapılan açar sözlər üzrə məzmun planının yaradılması proseslərində faydalıdır.
Serpstat
![SEO Üçün Ən Yaxşı Alətlər [Ödənişli və Ödənişsiz SEO Alətləri] SEO Üçün Ən Yaxşı Alətlər [Ödənişli və Ödənişsiz SEO Alətləri]](https://skyzonedigital.com/wp-content/uploads/2025/02/image-17-1024x467.png)
Serpstat SEO və rəqəmsal marketinq alətidir. Saytların analizi, açar söz araşdırması, backlink yoxlaması və SEO monitorinqi üçün istifadə olunur. İstifadəçilərə saytlarının rəqabət qabiliyyətini artırmağa kömək edir.
SEO PowerSuite
![SEO Üçün Ən Yaxşı Alətlər [Ödənişli və Ödənişsiz SEO Alətləri] SEO Üçün Ən Yaxşı Alətlər [Ödənişli və Ödənişsiz SEO Alətləri]](https://skyzonedigital.com/wp-content/uploads/2025/02/image-18-1024x768.png)
SEO PowerSuite, dörd əsas alətdən ibarət SEO proqram təminatıdır: Rank Tracker, WebSite Auditor, SEO SpyGlass və LinkAssistant. Açar söz sıralamalarını izləmək, texniki SEO problemlərini tapmaq, backlink analizləri aparmaq və link qurmaq üçün geniş imkanlar təklif edir.
KeywordTool.io
![SEO Üçün Ən Yaxşı Alətlər [Ödənişli və Ödənişsiz SEO Alətləri] SEO Üçün Ən Yaxşı Alətlər [Ödənişli və Ödənişsiz SEO Alətləri]](https://skyzonedigital.com/wp-content/uploads/2025/02/image-19-1024x502.png)
KeywordTool.io, açar söz tədqiqatı üçün istifadə olunan məşhur alətdir. Google, YouTube, Bing, Amazon və digər platformalar üçün açar söz təklifləri təqdim edir. Xüsusilə uzun quyruqlu (long-tail) açar sözlər tapmaqda effektivdir. Bu alət ödənişli bir SEO alətidir.
Ən Yaxşı SEO Alətləri
Bu yazıda biz sizə SEO proseslərinizdə faydalana biləcəyiniz ən yaxşı SEO alətlərini təqdim etdik. Bu alətlər vasitəsilə siz açar söz araşdırması, rəqib analizi, bazar analizi, sayt auditi kimi bir çox prosesi asanlaşdıra və SEO proseslərinizin effektivliyini artıra bilərsiniz.
Əgər siz də SEO proseslərinizi bir səviyyə iləri daşımaq və saytınızın Google axtarış nəticələrində ilk sıralarda görünməsini təmin etmək istəyirsinizsə SkyZone SEO və Rəqəmsal Marketinq Agentliyimizə müraciət edə bilərsiniz.