E-Commerce Ücün SEO Xidməti Necə Həyata Keçirilir?
12/11/2025

E-Commerce Ücün SEO Xidməti Necə Həyata Keçirilir?

E-commerce sahəsində bir mağaza qurmaq indiki gündə satış etmək üçün kifayət etmir. Saytın tapılması, istifadəçilərin məhsula rahat çatmağı və saytda vaxt keçirməsi ücün SEO xidməti vacibdir. SEO prosesi ilə online mağazanın Google kimi axtarış motorlarında daha yuxarı sıralarda çıxması təmin edilir.

Biz bu xidməti təqdim edərkən addım-addım proses qururuq. Hazırladığımız strategiya saytın texniki təminatından tutmuş kontent quruluşuna qədər bütün komponentləri əhatə edir.

E-Commerce SEO Nədir?

E-Commerce SEO, bir online mağazanı axtarış sistemlərində tapılacaq formada düzənə salmaq üçün aparılan optimizasiya prosesidir. Bu prosesin məqsədi istifadəçinin məhsulu Google-da axtararkən sizi tapmasıdır.

Biz bu xidməti həyata keçirərkən həm saytı daxildə optimizasiya edirik, həm texniki quruluşu gözdən keçiririk, həm də saytı digər saytlarda tanıtdırırıq. Beləliklə sayt daha çox trafik alır və satış imkanları artır.

E-Commerce Mağazaları Ücün SEO-nun Önəmi

SEO olmadan online mağaza Google axtarışlarında çox geridə qalır. E-commerce sahəsində rəqabət çox olduğu ücün müştərilər sizi tapmaya da bilər. SEO vasitəsilə reklam xərci çəkmədən sayta müştəri cəlb olunur. Axtarışda yuxarıda çıxmaq daha çox klik, daha çox ziyarət, daha çox satış deməkdir.

SEO-nun faydaları:

  • Pulsuz müştəri axını yaradır
  • Uzun müdət davam edən trafik təmin edər
  • Marka tanınırlığını artırır
  • Rəqiblər qarsısında üstünlük verir

E-Commerce ücün SEO Xidməti Addımları

Bazar və rəqib araşdırması

SEO prosesinə başlamadan əvvəl bazarın və sektordakı rəqiblərin dəqiq analizini aparırıq. Məqsəd, mövcud rəqiblərin hansı kateqoriyalarda uğur qazandığını, hansı açar sözlərlə Google-da yer tutduğunu və trafik qaynaqlarını ortaya çıxarmaqdır. Bu analiz bizə hansı məhsul qruplarını ön planda tutmağı, hansı kateqoriyalar üzərində daha çox durmağı müəyyən etmə imkanı verir. Eyni zamanda saytı SEO baxımından necə qurmalı olduğumuzu də şəffaf formada planlamağı təmin edir.

Açar söz analizi

Axtarış edilən sözlər e-commerce saytının səhifə quruluşunda əsas istiqamətləndirici rol oynayır. Biz bu mərhələdə müştərilərin Google-da hansı sözlərlə məhsul axtardığını təhlil edirik. Qısa və uzunquyruqlu axtarışların trafik potensialı, axtarış həcmi və rəqabət səviyyəsini dəyərləndiririk. Bu araşdırmalar saytın kontent planı və texniki quruluşu üçün baza yaradır.

SEO strategiyasının qurulması

Axtarış davranışı və bazar məlumatlarına əsaslanaraq vebsayt üçün konkret SEO strategiyası hazırlayırıq. Bu strategiya daxilində sayta daxil olacaq yeni səhifələr, hansı kateqoriyalara öncəlik veriləcəyi və daxili linkləmə sxemini qururuq.

Strategiya kontent yaradılması, texniki SEO dəstəyi, backlink qazanma planı kimi komponentləri də əhatə edir. Məqsəd, sadəcə trafik deyil, dönüşüm gətirəcək trafik cəlb etməkdir.

Məhsul və kateqoriya səhifələrinin optimizasiyası

Saytda olan hər bir kateqoriya və məhsul səhifəsini ayrı-ayrı analiz edirik. Bu səhifələrdə başlıq, meta açıqlama, URL quruluşu, şəkil etiketi kimi sahələri optimizasiya edirik.

Hər səhifənin unikal olması və eyni məzmunun təkrarlanmasının qarősısını almaq prioritetdir. Bu, Google-un saytı daha tez və düzgün indeksləməsinə imkan yaradır.

Texniki SEO dəyşiklikləri

Texniki SEO problemleri saytın indekslənməsinə birbaşa təsir edir. Saytı texniki olaraq analiz edib mobil uyğunluq, sayfa yüklənmə sürəti, link strukturu, sitemap, robots.txt kimi elementlərdə düzəlişlər edirik. Texniki baxımdan təmiz və strukturca düzgün vebsayt SEO nəticələrini daha tez göstərir. Bu addım davamlı yoxlanılma və monitorinq tələb edir.

Sürət optimizasiyası

Saytın yüklənmə sürəti istifadəçi məmnuniyyətinə və SEO-ya birbaşa təsir edir. Biz saytı PageSpeed Insights və GTMetrix kimi SEO alətləri ilə test edib, ləng yüklənən elementləri optimizasiya edirik. Şəkillərin optimizasiyası, cache istifadəsi, server təkmilləşdirmələri və kod səhvələrinin aradan qaldırılması üstünlüklərimizdir.

Backlink əldə etmə prosesi

Saytın axtarış sistemləri qarősısında daha dəyərli görünməsi üçün ixtisaslaşmış və mövzuya əlaqəli saytlardan backlinklər qazanırıq. Bunun üçün qonaq yazılar, məhsul tanıtımları və press-relizlər tərəfindən istifadə edilir. Backlink keyfiyyəti və dəyər mənbəsi prioritet olaraq yoxlanılır. Spam linklərdən uzaq durmaqla brend etibarlılığı qorunur.

Azərbaycanda E-Commerce SEO-nun Rolu

Azərbaycanda e-commerce sektoru hələ tam doymadığı üçün SEO potensialı çox yüksəkdir. Şərq Avropa və Qafqaz regionu üçün Azərbaycan lokal SEO-nun düzgün aparılması ciddi fərqlər yarada bilir.

Azərbaycanda SEO-nun rolu aşağıdakı hallarda çox vacibdir:

  • Yerli dildə kontent optimizasiyası
  • Region fokuslu saytlarda indekslənmə
  • Azərbaycan üzrlə əlaqəli axtarış sorğularına uyğunluq
  • Lokal backlink mənbələri ilə domenin dəyərləndirilməsi

Nəticə

SEO xidməti bir e-commerce saytı üçün davamlı trafik, etibarlı brend və artan satış deməkdir. Bu prosesi planlı şəkildə, addım-addım aparmaq lazımdır. Biz e-commerce sahəsində sistemli yanaşma ilə SEO təklif edir, nəticəyə fokuslanırıq.