Türkiye / Azerbaycan
+994518281384

SMM xidməti

SMM Xidməti, SMM Xidmeti

SMM xidməti birdən çox rəqəmsal marketinq strategiyasını özündə cəmləyən bir xidmətdir. İndiki gündə markaların sosial media şəbəkələri vasitəsilə hədəf kütlələrinə çataraq böyüməsini təmin etmək üçün SMM xidmeti əvəzolunmazdır. SkyZone Digital olaraq sizlərə markanız üçün individual strategiya əsasında qurulan və yüksək nəticələr qazandıran SMM xidmətimizi təklif edirik. SMM xidməti barədə məlumat almaq üçün bizimlə sağdakı form vasitəsilə əlaqə saxlaya bilərsiniz.

SMM xidməti ilə brendinizi böyüdün

Formu doldurun, WhatsApp-da dərhal danışaq.

Məqsədiniz
WhatsApp-da danışaq

“Göndər” düyməsinə basdıqdan sonra seçdiyiniz məlumatlar WhatsApp mesajına əlavə olunacaq. Şəxsi məlumatlarınız qorunur.

SMM xidmeti haqqında məlumat almaq, paketləri müzakirə etmək və individual plan almaq üçün müraciət edin. WhatsApp-da başla

SMM xidmeti ilə bağlı çox soruşulan suallar

Niyə SMM xidməti almalıyam?

Əgər brendinizin sosial media şəbəkələri vasitəsilə böyüməsini təmin etmək istəyirsinizsə, bu halda SMM xidməti almalısınız. SMM xidməti sayəsində siz brendiniz üçün xüsusi olaraq hazırlanan strategiyalar vasitəsilə hədəf kütlənizə çatacaq, əhatə dairənizi genişlədəcək və satışlarınızı artıracaqsınız.

Nəticələr nə vaxt görünür?

2–4 həftə: əhatə və engagement artımı; 2–3 ay: izləyici və klik trendləri; 3–6 ay: lead/sifariş təsiri. Reklam kampaniyalarında nəticə daha tez görünə bilər. Sektor rəqabəti, büdcə və məzmun keyfiyyəti müddətə təsir edir.

Hansı platformalar və formatlarla işləyirsiniz?

Instagram, Facebook, TikTok, LinkedIn və ehtiyaca görə YouTube (Shorts). Formatlar: post, reels/short video, story, karusel, infografika. Paketdən asılı olaraq aylıq post/reels/story sayları planlanır; ölçülər (9:16, 1:1, 4:5) platformaya uyğun hazırlanır.

Reklam büdcəsi (Ads) paketin qiymətinə daxildirmi?

Reklam büdcəsi SMM paketi büdcəsindən ayrı olaraq hesablanır.

Uğuru necə ölçürük?

Əsas KPI-lar: əhatə (reach), ER (engagement rate), profil və sayt klikləri, CPM/CPC/CTR, lead/sifariş və CAC. UTM-lə GA4 izlənməsi, Meta/TikTok Ads hesabatları və aylıq SMM reportu təqdim olunur.

Hansı paketi seçməliyəm?

Standart: yeni brendlər, lokal auditoriya; Medium: aktiv məzmun axını və ads/remarketing ehtiyacı olanlar; Pro: çoxkanallı yayın və yüksək tezlikdə prodaksiya tələb edən brendlər.

Niyə SMM xidməti almalısınız?

SMM xidməti, sosial mediada görünürlük əldə etmək və hədəf auditoriyaya çatmaq üçün istifadə olunur. Sosial media hesablarının aktiv, strateji yönlü və məqsədə uyğun idarə olunması bu xidmətin əsas məqsədidir. Əks halda, sosial platformalarda sıradan bir profil kimi görünmək qaçınılmaz olur.

Günümüzdə istifadəçilər qərar vermədən əvvəl sosial mediada brend haqqında araşdırma aparır. Aktiv və etibarlı görünən hesablar istifadəçilərin diqqətini cəlb edir. Passiv və nizamsız hesablar isə inamsızlıq yaradır. Bu səbəbdən, SMM xidməti yalnız paylaşım etmək deyil, eyni zamanda reputasiya formalaşdırmaq baxımından da vacibdir.

Həmçinin SMM xidməti, yalnız böyük şirkətlər üçün deyil, kiçik və orta sahibkarlar üçün də faydalıdır. Çünki məhdud büdcə ilə geniş auditoriyaya çıxış imkanı verir. Beləliklə, reklam, kontent və izləyici əlaqəsi bir mərkəzdə toplanır və effektiv nəticələr alınır.

Sosial media şəbəkələrində zirvədə olmaq üçün SMM xidmətləri

SMM xidmətləri, brendin sosial media platformalarında davamlı və planlı şəkildə inkişaf etməsini təmin edir. Təkcə paylaşım etmək kifayət deyil, düzgün zamanlama, uyğun vizual, doğru başlıq və məqsədə uyğun mesaj da vacibdir. Bu elementlərin hər biri algoritmaların diqqətə aldığı əsas faktorlardır.

Platformaların işləmə prinsipləri fərqlidir və bu fərqlilik SMM xidmətləri üçün strategiyaların dəyişməsini tələb edir. Məsələn, Instagram vizual əsaslıdırsa, LinkedIn-də məzmunun peşəkar tonu ön plandadır. TikTok isə qısa və tez diqqət çəkən videoları önə çıxarır. Bu fərqlər nəzərə alınmadan edilən paylaşımlar hədəf auditoriyaya çata bilməz.

Aşağıdakı hallarda SMM xidməti vacib nəticələr verir:

  • Sosial media hesablarınızda müntəzəm aktivlik yaratmaq istəyirsinizsə
  • Reklam büdcənizin qarşılığını real nəticələrlə ölçmək istəyirsinizsə
  • Rəqib analizi və izləyici davranışı üzərindən inkişaf strategiyası qurmaq istəyirsinizsə

Əgər bu proseslər sistemsiz şəkildə aparılarsa, görünürlük qazanmaq çətinləşir və sosial media platformaları sizi passiv hesablar arasında yerləşdirir.

SMM xidmətində individual yanaşmanın önəmi

Hər bir biznesin ehtiyacları və məqsədləri fərqlidir, buna görə də SMM xidməti standart yanaşma ilə işləməməlidir. Sektor, auditoriya, məhsul və xidmət fərqli olduğu üçün kontent tərzi və reklam strategiyası da fərqli olmalıdır.

Individual yanaşma, hədəf auditoriyaya uyğun üslubda kontent istehsalı və platformaya uyğun reklam strukturu yaratmaq deməkdir. Məsələn, gənc auditoriyaya xitab edən bir brend üçün vizual kontent ön planda tutulmalıdır. Peşəkar xidmət göstərən şirkətlərdə isə məlumatverici məzmun daha effektiv nəticə verir.

Burada əsas məqsəd, istifadəçiyə uyğun məzmun təqdim etmək və əlaqəni gücləndirməkdir. Çünki istifadəçi kontentdə öz ehtiyacını tapmadığı təqdirdə o məzmunla əlaqə qurmaz. Bu isə SMM xidməti üçün mənfi nəticə sayılır.

SMM xidməti qiymətləri

SMM qiymətləri seçilən xidmət paketinə və işin dərinliyinə görə dəyişir. Aylıq sadə idarəetmə paketləri ilə kompleks reklam və analiz planları arasında ciddi qiymət fərqləri olur. Bu səbəbdən, “ucuzdur, almağa dəyər” yanaşması ilə deyil, “ehtiyaca cavab verir” prinsipi ilə seçim edilməlidir.

Tipik olaraq SMM xidməti qiymətləri aşağıdakı meyarlardan asılıdır:

  • Platforma sayı (tək Instagram yoxsa əlavə olaraq Facebook, TikTok, LinkedIn və s.)
  • Paylaşım sıxlığı və dizayn ehtiyacları
  • Reklam büdcəsinin idarə olunması və performans analizi

Qiymətlərin aşağı olması, xidmətin zəif olması demək deyil, lakin çox ucuz paketlərdə analitik izləmə və optimallaşdırma mərhələləri çatışmır. Bu da uzunmüddətli nəticələrə mənfi təsir göstərə bilər. Ən doğru yanaşma, SMM xidməti qiyməti ilə göstərilən faydanı müqayisə edərək qərar verməkdir.

Aşağıdakı cədvəldə sizlər üçün göstərdiyimiz SMM xidməti qiyməti və paketlərini tapa bilərsiniz.

SMM xidməti qiymətləri

Standart

700 /ay

Yeni başlayanlar və kiçik bizneslər üçün əsas SMM idarəetməsi.

  • Mövcud sosial media hesablarının analizi & strategiyası
  • Sosial media hesablarının idarə edilməsi
  • Məzmun planlaması
  • Aylıq 8 Post, 2 Reels, 15 Story (Instagram + Facebook)
  • LinkedIn: aylıq 2 post
  • TikTok: aylıq 1 video
  • Xüsusi günlərdə paylaşım
  • Keyfiyyətli izləyici artımı üçün strategiyalar
  • İnteraksiyanı artıracaq fəaliyyətlər
  • Hədəf kütlə analizi
  • Hashtag strategiyası
  • Meta Ads
  • Aylıq ətraflı hesabat
Müraciət

Medium

1200 /ay

Artan ehtiyaclar və daha aktiv məzmun üçün balanslı paket.

  • Mövcud sosial media hesablarının analizi & strategiyası & idarə edilməsi
  • Məzmun planlaması
  • Aylıq 12 Post, 4 Reels, 25 Story (Instagram + Facebook)
  • LinkedIn: aylıq 4 post
  • TikTok: aylıq 3 video
  • YouTube: aylıq 1 video paylaşımı
  • Xüsusi günlərdə paylaşım
  • Keyfiyyətli izləyici artımı üçün strategiyalar
  • İnteraksiyanı artıracaq fəaliyyətlər
  • Hədəf kütlə analizi
  • Hashtag strategiyası
  • Ads & Remarketing
  • Aylıq ətraflı hesabat
Müraciət

Pro

2000 /ay

Yüksək tempdə istehsal və çoxkanallı böyümə üçün.

  • Mövcud sosial media hesablarının analizi & strategiyası & idarə edilməsi
  • Məzmun planlaması
  • Aylıq 20 Post, 6 Reels, 45 Story (Instagram + Facebook)
  • LinkedIn: aylıq 7 post
  • TikTok: aylıq 5 video
  • YouTube: aylıq 2 video paylaşımı
  • Xüsusi günlərdə paylaşım
  • Keyfiyyətli izləyici artımı üçün strategiyalar
  • İnteraksiyanı artıracaq fəaliyyətlər
  • Hədəf kütlə analizi
  • Hashtag strategiyası
  • Ads & Remarketing
  • Aylıq ətraflı hesabat
Müraciət