“SEO nədir?” sualı, veb saytı olan hər bir marka və şəxs üçün maraqlı suallardan biridir. Bu yazıda SEO nədir sualına detallı cavab verməklə yanaşı, SEO xidməti ilə maraqlanan lakin SEO haqqında heç bir anlayışı olmayan və məlumat almaq istəyən insanlar üçün ətraflı bir bələdçi təqdim etmiş olacağıq.
SEO nədir?
SEO və ya başqa bir deyişlə, axtarış motorlarının optimallaşdırması, veb saytın Google kimi axtarış motorlarında edilən axtarışlarda ilk sıralarda görünməsini təmin etmək üçün saytda edilən yaxşılaşdırmalara deyilir. SEO optimallaşdırma zamanı veb sayt istifadəçilərin etdiyi axtarışlara görə təkmilləşdirilir. Bu sayədə Google və ya digər axtarış motorları, veb saytı həmin açar söz üzrə əlaqəli bir resurs olaraq görür və təbii olaraq həmin veb saytı axtarışda yuxarı sıralarda göstərir.
SEO optimallaşdırma prosesində saytın müəyyən açar sözlərə uyğunlaşdırılması ilə yanaşı, saytın texniki aspektlərinin optimizasiyası (texniki SEO) və domen gücünün artırılması (səhifə-xarici SEO/backlinklər) işləri görülür.
İndiki gündə SEO ən vacib rəqəmsal marketinq kanalı olaraq görülür. Təbii ki, bunda SEO-nun bir brend üçün gətirdiyi faydaların çox böyük rolu var.
SEO-nun əsasları: tarama, indeksləmə və sıralama
SEO-nun 3 əsas mərhələsi var. Bunlar tarama (crawling), indeksləmə (indexing) və sıralama (ranking) mərhələləridir. SEO optimizasiya prosesləri hər 3 mərhələnin optimizasiyasını əhatə edir.
Tarama (crawling)
Tarama və ya crawling mərhələsi, saytın axtarış motoru tərəfindən görülməsinə deyilir. Google kimi axtarış motorları saytları görmək üçün crawler adı verilən alqoritmlərdən istifadə edir ki, bu alqoritmlər veb saytın mövzusunu, hansı açar sözlər üzrə əlaqəli olduğunu müəyyən edir.
İndeksləmə (indexing)
İndeksləmə və ya indexing mərhələsi, tarama mərhələsindən uğurla keçən veb saytların və ya səhifələrin Google məlumat bazasında saxlanılma mərhələsidir. Bu mərhələdə veb sayt artıq Google məlumat bazasına daxil olur. Saytın və ya səhifənin hədəflədiyi açar sözlərə bağlı olaraq sayt həmin açar sözü hədəfləyən digər saytlarla eyni kateqoriyada indekslənir.
Sıralama (ranking)
Sıralama və ya ranking mərhələsində indekslənən saytlar Google axtarış nəticələrində görünməyə başlayır. Sıralama zamanı bəzi saytlar Google axtarış nəticələri səhifəsində (SERP-də) daha yuxarıda görünərkən, bəziləri daha aşağıda görünür. Saytın domen gücü, SEO vəziyyəti, marka gücü və daha bir çox faktor var ki, bu faktorlar saytın neçənci sırada görünəcəyində böyük rol oynayır. Dəqiq olmayan məlumatlara görə, Google alqoritmi veb saytları sıralayarkən 200-dən artıq faktora əsaslanır.
Ən vacib SEO faktorları nələrdir?
Artıq SEO nədir və necə işləyir sualları haqqında məlumat sahibisiniz. İndi isə ən vacib SEO faktorları haqqında məlumat vermək istəyirik. Adlarını sadalayacağımız SEO faktorları, Google axtarış motorunun bir veb saytda ən çox diqqət etdiyi faktorlardır.
Sayt sürəti
Sayt sürəti ən vacib SEO faktorlarından biridir. Google 2010-cu ildə yayımladığı alqoritm yeniləməsində sayt sürətinin ən vacib sıralama faktorlarından biri olduğunu rəsmi olaraq qeyd edib.
Sayt sürəti nəyinki SEO üçün, eyni zamanda istifadəçi təcrübəsi üçün də çox vacib bir faktordur. Sürətli bir veb sayt istifadəçilərin səhifələr arasında rahatlıqla keçidlər etməsinə, saytda uzun müddət qalmasına və saytı tərk etməməsinə kömək edir.
Mobil uyğunluq
Google 2015-ci ildən etibarən saytları mobil versiyaya görə analiz edir. Google axtarış motoru üçün saytın mobil uyğunluğu ən vacib sıralama faktorları arasındadır.
Saytın müxtəlif mobil cihazların ekranlarında doğru və sürətli formada açılması, istifadəçilərin mobil cihazlar vasitəsi ilə saytdan rahatlıqla istifadə edə bilməsi, həmin saytın SEO performansına kömək edir.
Qeyd etmək lazımdır ki, qlobal olaraq veb saytlara gələn trafikin 60%-dən böyük bir hissəsi, mobil cihazlardan gəlir. Bu səbəbdən saytların mobil istifadəyə uyğun olması çox vacibdir.
Məzmun keyfiyyəti
Rəqəmsal marketinqin digər qollarında olduğu kimi, SEO üçün də məzmun kraldır. Əgər SEO-da məzmununuz keyfiyyətli deyilsə, SEO cəhətdən saytınızın nə qədər yaxşı vəziyyətdə olduğunun heç bir önəmi yoxdur. İstifadəçilər tərəfindən edilən xüsusi sorğulara rəqiblərdən daha yaxşı formada cavab verən məzmunlar yaratmaq, Google axtarışlarında ilk sıralarda görünməyini üçün çox vacibdir.
Backlinklər
Backlinklər bir saytdan başqa sayta verilən keçidlər, yəni linklərdir. Backlinklərin SEO-da çox böyük bir əhəmiyyəti var. Google axtarış motoru backlinkləri təsdiq rolu oynayan əsas sıralama faktorları olaraq görür. Sayta başqa saytlardan gələn keyfiyyətli backlinklər, saytın təhlükəsizliyini, keyfiyyətini və istifadəçilər üçün faydalılığını təsdiq edir. Bir saytın nə qədər çox keyfiyyətli backlinki varsa, Google axtarışlarında ilk sıralarda görünməsi o qədər asanlaşır.
SSL sertifikatı
İndiki gündə hər bir saytın SSL sertifikatına sahib olması mütləqdir. SSL sertifikatı bir veb saytın təhlükəsizliyini təmin edən bir sertifikatdır. Bu sertifikata sahib olan veb saytlar HTTPS protokolu standartlarına cavab verir və axtarış motorları tərəfindən təhlükəsiz sayt olaraq dəyərləndirilir.
Sayt strukturu
Sayt strukturu Google axtarışlarında yuxarı sıralarda görünmək üçün çox vacibdir. Düzgün sayt strukturu dedikdə linklərin (URL-lərin) doğru strukturda olması, sayt daxilindəki kateqoriyaların doğru sıra ilə sayta yerləşdirilməsi, saytın menyusu kimi elementlər nəzərdə tutulur. Doğru sayt strukturuna sahib olmaq Google axtarış motorunun saytın mövzusunu anlamağına kömək edir. İstifadəçi təcrübəsi cəhətdən baxdıqda isə, doğru struktura sahib olan saytlar istifadəçilərin saytda axtardığını tapmasını, səhifələr arasında rahat keçidlər etməsini təmin etmiş olur.
SEO növləri
SEO səhifə-daxili SEO (on-page SEO), səhifə-xarici SEO (off-page SEO) və texniki SEO olaraq 3 hissəyə ayrılır. SEO optimizasiya olunmuş bir veb sayta sahib olmaq üçün SEO optimizasiya prosesinin hər 3 hissəsinə də lazımi diqqət ayırmaq lazımdır.
Səhifə-daxili SEO
Səhifə-daxili SEO saytın daxili elementlərinin müəyyən açar sözlər üçün optimallaşdırılmasını ifadə edir. Səhifə-daxili SEO optimallaşdırması zamanı sadəcə səhifə daxilindəki elementlərə fokuslanılır.
Səhifə-daxili SEO məzmun yaratmaq, səhifə-daxili SEO elementlərini bu açar sözləri daha yaxşı hədəfləmək üçün optimallaşdırmaq, istifadəçi təcrübəsini yaxşılaşdırmaq, sayt strukturunu təkmilləşdirmək kimi addımları ehtiva edir.
Səhifə daxili SEO üçün əsas elementlər:
- Başlıq etiketi (title teqlər)
- Meta açıqlamalar
- URL strukturu
- Mövzu başlıqları (H1, H2, H3)
- Açar söz istifadəsi
- Məzmun keyfiyyəti
- Şəkil optimizasiyası
- Daxili linkləmələr
- Xarici linkləmələr
Səhifə-xarici SEO
Səhifə-xarici SEO saytdan kənarda edilən SEO optimizasiya addımlarını əhatə edir. Səhifə-xarici SEO üçün ən vacib faktor backlinklərdir. Backlinklər bir saytdan başqa bir sayta verilən linklərdir. Backlinklər Google üçün ən vacib sıralama faktorudur. Bir sayt güclü və yüksək trafik alan saytlardan çox sayıda backlink əldə edirsə, bu vəziyyət o saytın SEO performansına müsbət təsir edir.
Səhifə-xarici SEO optimizasiyasının əsasını sayta backlink yaratmaq təşkil edir. Sayta backlink yaradarkən və ya bir backlinkin keyfiyyətini müəyyən edərkən diqqət edilməsi gərəkən faktorlar:
- Saytınız SEO cəhətdən optimizasiya olunmuş olmalıdır
- Backlink verən saytın trafiki yüksək olmalıdır
- Backlink verən sayt başqa saytlara çox sayıda backlink verməməlidir
- Backlink verən saytın keyfiyyətli backlinklərə sahib olması tövsiyyə olunandır
- Backlink verən sayt təhlükəsiz olmalıdır
- Backlink verən sayt ilə saytınız arasında tematik əlaqə olmalıdır
Texniki SEO
Texniki SEO veb saytın tarama və indeksləmə mərhələlərini optimizasiya etməyi əhatə edir. Güclü texniki struktura malik olan saytlar Google axtarış nəticələrində daha yüksək sıralama əldə edirlər. Texniki SEO-nun bir digər xüsusiyyəti isə, istifadəçilərin sayt təcrübəsini artırmasıdır.
Texniki SEO optimallaşdırma mərhələsində təkmilləşdirilməli olan elementlər:
- URL strukturu
- Saytın yüklənmə sürəti
- Mobil uyğunluq
- Sayt xəritəsi
- Robots.txt faylı
- SSL sertifikatı
- İstifadəçi təcrübəsi (UX)
- HTML/CSS kod strukturu
- Schema
SEO niyə rəqəmsal marketinq fəaliyyətlərinizin ayrılmaz parçası olmalıdır?
SEO ən vacib rəqəmsal marketinq kanallarından biridir. SEO-nun faydalarını sıralamağa çalışsaq:
- SEO saytın Google axtarışlarından trafik qazanmasını təmin edir
- SEO saytın Google axtarışlarında ilk sıralarda görünməsini təmin edir
- SEO brendlərə veb sayt vasitəsilə satış əldə etmə imkanı verir
- SEO ödənişli reklamlar üçün ayrılan xərcləri azaldır
- SEO rəqabət üstünlüyü verir
- SEO brendinqi gücləndirir
Bütün bu faydalar, SEO-nun niyə bir brendin rəqəmsal marketinq fəaliyyətlərinin ayrılmaz parçası olduğunu açıqlamaq üçün yetərlidir.
Google axtarışlarında ilk yerdə olmaq, markanın daim hədəf kütləsinin qarşısına çıxmasını təmin edir. Daima Google axtarışlarında ilk sırada olan bir veb sayt eyni zamanda brendinqini gücləndirir və rəqiblərini geridə qoyur.
Unutmamaq lazımdır ki, SEO-da əldə olunan uğur uzun müddətlidir. Bir dəfə Google axtarışlarında yüksək sıralamalar əldə etdiyiniz təqdirdə, əgər ki, saytınızın SEO vəziyyəti yaxşıdırsa, uzun müddət həmin sırada qalmağınız mümkündür.
SEO prosesində hansı alətlərdən istifadə olunur?
SEO nədir sualını detallı cavablandırdıq. İndi isə, SEO optimizasiya prosesində istifadə olunan alətlərdən bəhs edək. SEO optimizasiya prosesində istifadə olunan alətlər açar söz axtarışı, sayt auditi, rəqib analizi və məzmun analizi kimi xüsusiyyətləri ilə seçilirlər. Ən populyar SEO alətləri isə aşağıdakı kimidir:
- Semrush
- Ahrefs
- Screaming Frog
- Google Search Console
Nəticə olaraq: SEO nədir?
SEO nədir? SEO veb sayta trafik qazandıran, veb saytın Google axtarışlarında ilk sıralarda görünməsini təmin edən, şirkətlərə veb sayt vasitəsilə satış etmə imkanı tanıyan rəqəmsal marketinq strategiyasıdır. SEO olduqca kompleks bir işdir və mütləq formada peşəkarlar tərəfindən edilməlidir. SEO-da yanlış addımların cəzası olur və bu yanlış addımlar biznesin uzun müddət zərər çəkməsinə səbəb ola bilir. Bu səbəbdən SEO optimallaşdırma prosesində mütəxəssislərdən yardım almalısınız.
SEO prosesində SkyZone Digital sizə nə vəd edir?
Biz SEO üzrə 10 ildən artıq təcrübəyə malik komandamız ilə sizə uğurlu və nəticə yönümlü SEO təklif edirik. Bizim əsas fərqimiz müştərilərimizə fərdi SEO strategiyası yaradıb tətbiq etməyimizdir. Bu fərdi strategiyalar sayəsində müştərilərimiz sürətli formada öz sahələrində istifadəçilər tərəfindən ən çox axtarılan sözlər üzrə Google axtarışlarında ilk sıralara çıxa bilirlər.
SEO və digər xidmətlərimiz haqqında məlumat sahibi olmaq üçün bizimlə əlaqə saxlaya bilərsiniz. SkyZone Digital komandası qısa zaman ərzində Google axtarışlarında yüksək sıralar qazanmağınızı, veb sayt vasitəsilə satış etməyinizi və brendinqinizi gücləndirməyi təmin edir.