URL Nədir? Necə Olmalıdır? SEO-da Doğru URL İstifadəsi
05/12/2025

URL Nədir? Necə Olmalıdır? SEO-da Doğru URL İstifadəsi

URL Nədir?

URL (Uniform Resource Locator) veb səhifənin internet üzrəki dünya miqyasında unikal adresidir. URL internet brauzerində istənilən resursa birbaşa daxil olmaq ücün istifadə olunur. Hər URL bir resursun (səhifə, fayl, video, səs faylı və s.) yerini mùəyyən edir.

URL-lər veb səhifənin əlçatanlığını, indekslənə bilmə potensialını və SEO xidməti performansını birbaşa təsir edir. URL veb saytın informasiya arxitekturasının texniki təməl hissəsidir.

URL-in Quruluşu Necə Olur?

URL aşağıdakı komponentlərdən ibarətdir:

  • Protokol: “https://” kimi, brauzerə hansı əlaqə türü istifadə olunacaq göstərir.
  • Domen Adı: “example.com” kimi, veb saytın server üzrə lokasiyası.
  • Yol (Path): “/blog/seo-url” kimi, konkret səhifəyə çıxış verir.

Bundan əlavə URL parametr hissələri (query strings) və fragment (anchor) komponentləri də ola bilir. Bunlar resursa özəl filter, sort və ya şərh kimi funksiyalar üçün istifadə olunur.

URL Nə Üçün Vacibdir?

URL-lər veb səhifənin məzmununu açıqlayan strukturda olduqda, bu Google kimi axtarış motorlarının səhifəni daha tez anlamağına imkan verir. URL-lər məzmunla kontekstual əlaqə qurduqda, bu indekslənmə performansını artırır.

Qısa, açıqlayıcı və strukturlaşdırılmış URL-lər istifadcı tərəfindən daha rahat qavranılır. Bu da kliklənmə ehtimalını artırır. Axtarış nəticələrində URL hissəsi görünür, buna görə orada istifadə edilən sözlər önəmlidir.

SEO-ya Uygun URL Necə Olmalıdır?

SEO uyğun URL aşağıdakı şəkildə qurulmalıdır:

  • İçərisində əsas açar söz istifadə olunmalıdır.
  • Səhifənin məzmununu izah etməlidir.
  • Kiçik hərflər istifadə olunmalı, boşluqlar “-” işarəsi ilə əvəz olunmalıdır.
  • Dinamik parametrlər minimumda saxlanmalıdır.

Google Search Central dokumentasiyasına görə, qısa, məzmunla uyğun URL-lər axtarış botları tərəfindən daha rahat oxunur və qiymətləndirilir.

SEO-da Yanlış URL İstifadəsi Hansı Problemlərə Səbəb Ola Bilər?

Yanlış strukturlaşdırılmış URL-lər aşağıdakı problemlərə səbəb ola bilir:

  • Kanonikal URL qarışıqlığı: Axtarış motorları hansı URL-nin orijinal olduğunu ayırda bilməyə bilir.
  • Dublikat səhifələr: Eyni məzmun birdən çox URL ilə indekslənə bilir.
  • Uzun URL-lər: Brauzer performansına və kliklənmə sayısına neqativ təsir edir.

Yanlış URL istifadəsi, texniki SEO problemlərinə, səhifələrin indekslənməməsinə və trafik itkisinə gətirib çıxarır.

Dinamik və Statik URL-lər Arasındakı Fərqlər

Statik URL-lər sabit və oxunaqlı olur, məsələn: https://site.com/seo-url-nedir. Dinamik URL-lər isə parametr daşıyır: https://site.com/page?id=123&lang=az.

Statik URL-lər SEO baxımından daha uyğun sayılır. Dinamik URL-lərdə parametr bolluğu axtarış motorlarının səhifəni anlamasını çətinləşdirə bilir.

Statik URL-lər eyni zamanda link paylaşımlarında daha istifadəçi dostu olur. Dinamik URL-lərdə istifadcıya məzmun haqqında ilkin təsəvvür vermək çətindir.

URL-də Redirect (Yönləndirmə) Qaydaları

URL-lər dəyişdirildikdə və ya səhifələr silindikdə redirect istifadəsi şərt olur. Redirect, brauzeri yeni URL-ə avtomatik olaraq istiqamətləndirir.

Redirectlar düzgün qurulmadıqda “redirect loop”, “404 error” və ya PageRank itkiləri yarana bilir. Hər redirect türü spesifik hallarda istifadə edilməlidir.

301 Redirect istifadəsi

301 redirect qalıcı yönləndirmədir. Səhifə daimi olaraq yeni URL-ə köçürüldüyü zaman istifadə olunur. Google bu redirect növünü PageRank transferi ilə qiymətləndirir.

301 redirect səhifənin axtarış nəticələrində yeni URL ilə təkrar indekslənməsini təmin edir. Bu tür redirect səhifənin tarixçəsini qoruyur.

302 Redirect istifadəsi

302 redirect müaqqəti yönləndirmədir. Səhifə qısa zamanlıq dəyişdirilən zaman istifadə edilir. Google bu redirect növünü daimi URL kimi qiymətləndirmir.

302 redirect istifadə edildikdə, axtarış motorları hələ də ilkin URL-ə PageRank mənfətini saxlayır. Bu, təmir, test və ya A/B test hallarda istifadə olunmalıdır.

URL-lər ilə Bağlı Ən Çox Edilən Səhvlər

  • URL-lərdə tarix, kateqoriya, ID kimi lazımsız strukturların istifadəsi.
  • Eyni məzmun üzrə birdən çox URL yaradılması.
  • URL-lərdə special character, böyük hərf, boşluq istifadəsi.
  • SEO-a uyğun redirect olmadan URL dəyişdirilməsi.
  • URL-lərin .html, .php kimi fayl uzantıları ilə bitməsi.

Bu səhvlər veb səhifənin texniki keyfiyyətini zəiflədir, indekslənmə prosesinə mane olur və PageRank axınını pozur.