Sayt Arxitekturası Nədir? SEO-da Sayt Arxitekturasının Rolu
27/11/2025

Sayt Arxitekturası Nədir? SEO-da Sayt Arxitekturasının Rolu

Sayt Arxitekturası Nədir?

Sayt arxitekturası, bir vebsaytın bütün səhifələrinin necə təşkil olunduğunu və bu səhifələr arasındakı əlaqənin necə qurulduğunu göstərən struktur modelidir. Bu struktur həm istifadəçilər üçün rahat naviqasiyanı təmin edir, həm də axtarış sistemlərinin saytınızı anlama prosesini asanlaşdırır. Sayt arxitekturası sadəcə texniki SEO elementi deyil, həm də istifadəçi təcrübəsinə və konversiyalara birbaşa təsir göstərir.

Əgər vebsayt qarışıq quruluşa malikdirsə və səhifələr bir-birinə lazımi şəkildə bağlanmayıbsa, axtarış motorlarının botları həmin səhifələri tapmaqda və indeksləməkdə çətinlik çəkir. Bu da axtarış nəticələrində görünməyən və orqanik trafik almayan səhifələrin yaranmasına səbəb olur. Sadə, məntiqi və kategoriya əsaslı bir sayt arxitekturası, bu problemləri minimuma endirmək üçün vacibdir.

Sayt arxitekturasının əsas komponentləri aşağıdakılardır:

  • Məntiqi URL strukturu
  • Səhifələr arası daxili linklərlə qurulmuş əlaqə
  • İdeal klik dərinliyi (maksimum 3 klik)

SEO-da Sayt Arxitekturasının Rolu

Sayt arxitekturası, axtarış motorları optimizasiyasında əsas rol oynayan texniki elementlərdən biridir. Google-un saytları necə indekslədiyi və qiymətləndirdiyi, arxitekturadakı düzgünlüyə görə dəyişir. Arxitektura səhifələr arasında necə əlaqə qurulduğunu göstərdiyi üçün, PageRank siqnallarının ötürülməsində də birbaşa təsirə malikdir.

Əgər səhifələr bir-biri ilə düzgün əlaqələndirilməyibsə və əsas səhifələrə daxil olmaq üçün çoxlu klik tələb olunursa, bu zaman crawl budget israf edilir. Bu da o deməkdir ki, Googlebot saytın dəyərli səhifələrinə çatmazdan əvvəl vaxtını və resursunu lazımsız səhifələrdə sərf edir. Bu, xüsusilə böyük saytlar üçün indeksasiya problemlərinə səbəb olur.

Google Search Central sənədlərində vurğulanır ki, saytın aydın və sistematik struktura malik olması, həm istifadəçilər üçün, həm də axtarış motorları üçün saytın başa düşülməsini asanlaşdırır. Sadə və optimallaşdırılmış arxitektura, orqanik trafik artımı, daha sürətli indeksləmə və daha yüksək reytinqlə nəticələnir.

Sayt arxitekturası ilə bağlı daha detallı məlumatlar üçün Semrush bloquna nəzər salın.

Sayt Arxitekturasını Yaxşılaşdırmaq Üçün Tövsiyyələr

Sadə Sayt Arxitekturası İstifadə Edin

Sadə sayt arxitekturası, həm istifadəçi, həm də Googlebot üçün aydın və asan naviqasiyanı təmin edir. Bu strukturda əsas səhifələrdən bütün alt səhifələrə 2 və ya maksimum 3 kliklə çatmaq mümkün olmalıdır. Struktur dərinliyinin artması, səhifələrin axtarış sistemləri tərəfindən tapılmasını çətinləşdirir.

Qarışıq və çox səviyyəli strukturdan uzaq durmaq lazımdır. Bunun əvəzinə, flat (yastı) struktur modeli tətbiq olunmalıdır. Bu yanaşma səhifələr arasındakı məsafəni azaldır və səhifələrin daha tez indekslənməsini təmin edir. Eyni zamanda saytın texniki xətalara qarşı daha dayanıqlı olmasına kömək edir.

Kateqoriyaları Düzgün Bölüşdürün

Məntiqi kateqoriyalaşdırma, saytın mövzu baxımından anlaşılan və düzgün yönləndirilmiş olmasını təmin edir. Əsas kateqoriyalar və onların alt bölmələri istifadəçilərin məlumatı asan tapması üçün strukturlaşdırılmalıdır. Bu yanaşma həm də topical authority yaratmaq üçün vacibdir.

Google-un NLU sistemləri, bir mövzunun dərinliyini və əlaqəli alt mövzularla necə bağlandığını analiz edir. Bu səbəbdən eyni mövzuya aid kontentlərin bir kateqoriya daxilində toplanması, həmin kateqoriyanın axtarış nəticələrində daha yaxşı performans göstərməsinə səbəb olur. İdeal sayt strukturu həm genişlik, həm də dərinlik baxımından balanslı olmalıdır.

URL Strukturunu Optimallaşdırın

Semantik cəhətdən aydın və qısa URL strukturu, SEO baxımından çox önəmlidir. URL-lər yalnız texniki element deyil, həm də istifadəçinin və botların səhifənin mövzusunu başa düşməsi üçün açar faktorlardandır. Mümkün qədər ana açar sözlərdən ibarət URL-lər istifadə olunmalıdır.

Aşağıdakı URL strukturu tövsiyə olunur:

  • domain.com/kateqoriya/anahtar-kelime

Aşağıdakı kimi URL-lərdən qaçınılmalıdır:

  • domain.com/?id=123&ref=abc

Bu tip URL-lər həm istifadəçi təcrübəsinə zərər verir, həm də canonicalizationindexing problemləri yaradır.

Daxili Linbklərdən İstifadə Edin

Daxili linklər, saytın arxitekturasında səhifələr arasında əlaqə qurmaq və axtarış motorlarına səhifə prioritetlərini göstərmək üçün istifadə olunur. İdeal daxili link strategiyası, PageRank axınını düzgün istiqamətləndirərək dəyərli səhifələrin önə çıxmasını təmin edir.

Daxili linklərin effektiv olması üçün:

  • Anchor mətndə açar söz istifadəsinə diqqət edilməlidir
  • Əlaqəli mövzular bir-biri ilə əlaqələndirilməlidir

Bu yanaşma Google-un semantic understanding prosesində müsbət siqnal yaradır. Daxili bağlantılar, həmçinin yetim səhifələrin (orphan pages) qarşısını almaq üçün vacibdir.

Sayt Xəritəsi Yaradın

XML və HTML sitemap faylları, saytın bütün strukturunun axtarış motorlarına təqdim olunmasını təmin edir. Sitemap vasitəsilə botlar, dərin səhifələrə belə rahatlıqla çataraq onları indeksləyə bilir. Xüsusilə çox səhifəli və ya dinamik saytlar üçün bu vacibdir.

Sitemap tərtib edərkən diqqət yetirilməli məqamlar:

  • Yalnız indekslənməsi istənilən səhifələr daxil edilməlidir
  • Canonical səhifələr göstərilməlidir

Google Search Console vasitəsilə sitemap statuslarını izləmək və xətaları vaxtında düzəltmək mümkündür. Bu həm texniki SEO-nun, həm də sayt arxitekturasının sağlamlığını ölçmək üçün vacib addımdır.

SEO-da Sayt Arxitekturası ilə Bağlı Edilən Səhvlər

Sayt arxitekturası ilə bağlı edilən texniki və struktur səhvlər, səhifələrin indekslənməsində və sıralamalarda ciddi problemlərə səbəb olur. Bu səhvlərin qarşısını almaq üçün onların təsir mexanizmini anlamaq vacibdir.

Ən çox rast gəlinən səhvlər bunlardır:

  • Dərin struktur: Əgər səhifəyə daxil olmaq üçün 4+ klik lazımdırsa, bu səhifə Google tərəfindən daha gec tapılır və indekslənməsi çətinləşir.
  • Yetim səhifələr (Orphan pages): Daxili linki olmayan səhifələr axtarış motorları tərəfindən dəyərsiz kimi qiymətləndirilir.

Digər kritik səhvlər isə bunlardır:

  • Zəif daxili link strategiyası: Əlaqəli səhifələr arasında bağlantı qurulmaması PageRank axınının pozulmasına səbəb olur.
  • Qeyri-standart URL strukturu: Parametrik və dəyişkən URL-lər indeksləşməyə və duplicate content siqnallarına yol açır.

Bu səhvləri aradan qaldırmaq üçün texniki audit aparılmalı, site crawl alətləri ilə struktur analiz edilməli və log file analizləri ilə bot davranışı izlənməlidir. Bu yolla sayt arxitekturası həm istifadəçi, həm də botlar üçün daha əlçatan olacaq.